Ramil Qasımov Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Əsgər olacaq – FOTO- VİDEO

Ramil Qasımov Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Əsgər olacaq – FOTO- VİDEO
MƏDƏNİYYƏT / Video / Foto

06 fevral 2020, 16:21

Mətn ölçüsü

Azərbaycanın dünyaşöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası fevralın 16-da Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdiriləcək. İlk  dəfə olaraq Əsgər rolunda Azərbaycanın əməkdar artisti, vokalçı Ramil  Qasımov ifa edəcək. 

Ramil Qasımov News24.az-a bildirib ki, Üzeyir Hacıbəylinin sözügedən operasında Əsgər partiyasını ifa etməyin ona qürur hissi yaşadır: “İctimai fəaliyyətimlə yanaşı, mənim yaradıcılığım həyatımda böyük rol oynayır. Akademik Opera və Balet Teatrının solistiyəm. Hər   zaman mənə etimad göstərilən və üzərimə düşən rolu dərk edib çalışıram ki, öhdəsindən məharətlə gəlib onu fərqli təqdim edim. Düşünürəm ki, Üzeyr bəyin əsərləri hər bir  ifaçının  repertuarında ən önəmli yer  tutmalıdır. Üzeyir Hacıbəylinin ”O olmasın, bu olsun”da Sərvər, “Koroğlu”da Koroglunu ifa   etmişəm. “Arşın mal  alan”da Əsgər obrazını  da çalışacağam ki, fərqli yanaşma ilə ifa edim. Fürsətdən istifadə edib mənimlə səhnədə ifa  edən əməkdaşlarıma uğurlar arzu   edirəm”. 

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət  xadimi   Hafiz Quliyev, dirijoru  Əməkdar Artist  Əyyub Quliyevdir. “Arşın mal alan”  operratsında baş rollarda əməkdar artistlər İnarə Babayeva, Cahangir  Qurbanov, Gülüstan Əliyeva, Ələkbər Əliyev, Tural Ağasiyev, Xalq artisti Gülyaz Məmmədova və solist Aysel İbrahimova iştirak edirlər. 

Qeyd edək ki, operettanın nümayişinin informasiya dəstəyi News24.az-a məxsusdur.   

YouTube