İlin işgüzar xanımları MÜKAFATLANDIRILACAQLAR - VİDEO
    • 3-03-2020, 12:48
    • 1 582

İlin işgüzar xanımları MÜKAFATLANDIRILACAQLAR - VİDEO

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ənənəvi olaraq “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təsisetmə mərasimi keçiriləcək.

Bu barədə News24.az-a tədbirin təşkilatçısı və gecənin aparıcısı Sədaqət Rəşidqızı məlumat verib. 

Tədbirdə il ərzində uğur qazanmış millət vəkilləri, iş adamları, elm və təhsil sahəsində çalışan xanımlar, teleaparıcılar, jurnalistlər, dövlət qulluqçuları, gözəllik sahəsində fəaliyyət göstərən xanımlar priz və hədiyyələrlə təltif olunacaqlar. 

"İlin işgüzar xanımı" nominasiyasında mükafatlandırılanlar arasında News24.az-ın baş redaktoru Ülkər Qasımova da var.