ElGüSelin kitablarının təqdimatı baş tutub - FOTOLAR
    • 6-03-2020, 11:51
    • 2 324

ElGüSelin kitablarının təqdimatı baş tutub - FOTOLAR

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda daha bir gənc qələm sahibinin kitablarının təqdimat mərasimi baş tutub. 
  
News24.az xəbər verir ki, ElGüSelin - Günel Məcidovanın müəllifi olduğu "Qadın", "Bir dünya az olar", "Ölüm sənə toxunarsa" kitabları təqdim edilib.

Tədbirdə tanınmış yazarlar, mədəniyyət xadimləri, sənət adamları kitablarla bağlı fikirlərini bölüşüblər.

Bildiriblər ki, ElGüSel yazısı ilə ədəbiyyata yeni janr gətirib. Onun qələmə aldığı cümlələrin çoxu aforizmə, atalar sözünə çevrilib.  ElGüSelin əsərləri hər kəsə həyatın hər anını sevgi ilə yaşamaq, sevgi ilə addımlamalı olduğunu xatırladır: “Onun təbirincə, qadın - həyat sevgi ilə başlayıb sevgi ilə bitir. "Qadın" qızlara cehiz verilməli,  stolüstü kitaba çevrilməlidir. "Bir dünya az olar" kitabı da gerçək, böyük sevgilərdən danışır: “Sevgi bir ömrə, bir həyata sığmayan hissdir.  O, əbədi-əzəli bir duyğudur”.

Tədbirdə "Ölüm sənə toxunarsa" kitabından da bəhs olunub. 

Qeyd edilib ki, kitabda ölümün insanla nəfəs-nəfəsə dayandığı məqamda onun həyatını necə dəyişdiyindən, unutduğumuz dəyərlərin həmin anda nə qədər vacib olduğunu xatırladır.

Sevda Bayramova