Rusiyanın Birinci kanalında “Maqomayev” bioqrafik serialının ilk seriyası təqdim olundu - VİDEO
    • 10-03-2020, 02:00
    • 1 129

Rusiyanın Birinci kanalında “Maqomayev” bioqrafik serialının ilk seriyası təqdim olundu - VİDEO

Rusiyanın Birinci kanalında dahi sənətkar, əfsanəvi həmyerlimiz Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” bioqrafik serialının premyerası olub.


News24.az xəbər verir ki, serialdakı hadisələr əsasən 1972-74-cü illəri əhatə edir. Filmdə gənc olsa da, SSRİ-nin bütün qadınlarını özünə aşiq etməyi bacarmış Müslüm Maqomayevlə opera müğənnisi Tamara Sinyavskayanın məhəbbətindən danışılır.


Maqomayev roluna serb aktyor Miloş Bikoviç çəkilib.


Serialda azərbaycanlı aktyorlar da rol alıblar.