Yazıçılar Birliyi yaşlı üzvlərin işə gəlməsinə, Bəstəkarlar  İttifaqı isə tədbirlərə MƏHDUDİYYƏT QOYUB
    • 14-03-2020, 15:48
    • 1 664

Yazıçılar Birliyi yaşlı üzvlərin işə gəlməsinə, Bəstəkarlar İttifaqı isə tədbirlərə MƏHDUDİYYƏT QOYUB

Ötən gecədən Azərbaycanda koronavirusa görə xüsusi rejim tətbiq olunub. Bununla bağlı bir çox qurumlar, əyləncə və idman mərkəzləri, kinoteatrlar fəaliyyətini müvəqqəti dayandırıb.

Maraqlıdır, bəs görəsən, ictimai birliklər, ittifaqlar xüsusi rejimdə necə çalışacaq?

News24.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qrafiklə bağlı açıqlama verib: "Yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq. Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək".

Azərbaycan Bəstəkarlar İttifaqından isə saytımıza bildirilib ki, qurum öz fəaliyyətini dayandırmayıb, ancaq tədbirlərinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib. 

Sevda Bayramova