Rafael Dadaşov son mənzilə ALQIŞLARLA YOLA SALINDI - FOTOLAR - VİDEO -YENİLƏNDİ
    • 17-03-2020, 14:52
    • 2 894

Rafael Dadaşov son mənzilə ALQIŞLARLA YOLA SALINDI - FOTOLAR - VİDEO -YENİLƏNDİ

Xalq artisti Rafael Dadaşov dəfn olunub.

News24.az-ın məlumatına görə, R. Dadaşov II Fəxri xiyabanda torpağa tapşırılıb.

***
13:50

Xalq artisti Rafael Dadaşov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

*** 
14:00

Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilir.

News24.az
-ın xəbərinə görə, vida mərasimi Xalq artistinin yaşadığı evdə baş tutub.  Aktyorun dəfn mərasimində ailə üzvləri ilə yanaşı Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı şəhər icra başçısı Eldar Əzizov, Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Xalq artistləri Barilliant Dadaşova, Arif Quliyev, aparıcı- xeyriyyəçi Hacı Nuran Hüseunov iştirak edib. 

Ailənin yaxınları bildirib ki, dəfn törəni yalnız sənətkarın evində olacaq: "Dövlətimizin qərarı ilə kütləvi toplaşma halları, yas məclisləri qadağan edildiyinə görə, dəfn mərasimi yalnız evdə olacaq. Kim istəyirsə, evdəki mərasimdə iştirak edə bilər".

Mərhum sənətkar II Fəxri xiyabanda dəfn ediləcək. Rafael Dadaşovun cənazəsi son mənzilə alqışlarla yola salınıb. 

Qeyd edək ki, Xalq artist Rafael Dadaşov martın 16-da vəfat edib. O, bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. 

Allah rəhmət eləsin!