"O, heç ölümdən danışmırdı" BRİLLİANT DADAŞOVA - FOTO
    • 17-03-2020, 14:57
    • 1 901

"O, heç ölümdən danışmırdı" BRİLLİANT DADAŞOVA - FOTO

Ötən gün vəfat edən Azərbaycanın xalq artisti Rafael Dadaşovun bu gün keçirilən vida mərasimində aktyorun əmisi qızı, xalq artisti Brilliant Dadaaşova "O, heç ölümdən danışmırdı" deyərək kədərini ifadə edib. 

News24.az xəbər verir ki, B.Dadaşova Rafael Dadaşovun vəfatını Azərbaycan mədəniyyəti üçün çox böyük və ağır itki olduğunu qeyd edib: “Biz onun sağalacağına inanırdıq. Allah rəhmət eləsin”. 
 
Mərhumun oğlu Emil Dadaşov isə jurnalistlərə açıqlama verib: “Valideynlərinizin qədrini bilin, atam tək bizə yox, bütün Azərbaycan xalqına məxsus idi. Daim qohumların, qonaqların köməyinə gedib. Allah rəhmət eləsin”.