"Kaş, başımı çiyninə qoyub ağlaya bilərdim, ata..." - VİDEOREPORTAJ - FOTOLAR
    • 17-03-2020, 19:56
    • 2 217

"Kaş, başımı çiyninə qoyub ağlaya bilərdim, ata..." - VİDEOREPORTAJ - FOTOLAR

O, Azərbaycan teatrın və kinosunun “Alen Delon”u kimi tanınıb. Neçə-neçə obrazlara həyat bəxş edən, milyonlarla xanımların ürəyinə yol tapmağı bacaran Xalq artisti Rafael Dadaşov. Təəssüf ki, əfsanəvi aktyor haqda artıq yalnız keçmiş zamanda danışmaq olar. Ötən gün Rafael Dadaşov əbədi olaraq gözlərini yumdu. Dünəndən bu acı xəbəri eşidən heç kim özünə gələ bilmir. Bu gün isə sevilən aktyor yaşadığı evdən alqışlarla son mənzilə yola salındı.

News24.az xəbər verir ki, üzücü xəbər hər kəsi sarsıtdı, xüsusilə də, Rafael Dadaşovun həmkarlarını. Yüzlərlə insan göz yaşı içində Rafael Dadaşovun torpağa tapşırılmasını izlədi. Hətta ölkədəki koronavirus qorxusu belə onları izdihamda olmaqdan çəkindirmədi. 

Xalq artisti Rafael Dadaşovun dəfn mərasimində aktyorun qızı Səidə Dadaşovanın halı pisləşib. O, özündən gedib. Ətrafdakılar Dadaşovanı sakitləşdirməyə çalışıblar.

Qeyd edək ki, Rafael Dadaşov ötən gün 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun üç və yeddi mərasimi keçirilməsə də, aprelin 23-də qırx mərasiminin baş tutacağı gözlənilir.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov