"Mədəniyyət" kanalında Üzeyir Hacıbəyli telehəftəsi START GÖTÜRÜR - FOTO

"Mədəniyyət" kanalında Üzeyir Hacıbəyli telehəftəsi START GÖTÜRÜR - FOTO
MƏDƏNİYYƏT

05 aprel 2020, 13:43

Mətn ölçüsü

"Mədəniyyət" kanalında yeni layihə start götürür. 

News24.az xəbər verir ki, Üzeyir Hacıbəyli telehəftəsi çərçivəsində "Əbədiyaşarlarımız" adlı layihə ekranlara gələcək. İdeya müəllifi Ramil Qasımova məxsus yeni layihə "Mədəniyyət" kanalı və Mədəniyyət Nazirliyinin "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində təqdim olunur. Növbəti həftədən "Evdə qal, evdə yarat" layihəsi məhz bu yeniliklə əvəz ediləcək. Layihənin ilk sayını Azərbaycan bəstəkarlıq məktəbinin və professional musiqimizin banisi dahi Üzeyir Hacıbəyliyə ithaf olunur. Beləliklə 6-12 aprel tarixlərində “Üzeyir musiqi həftəsi” kimi qeyd olunacaq.

Proqram hər həftə bir sənətkara həsr olunacaq. 

Aprel ayı üçün nəzərdə tutulan iş planı:
1. 6-12 aprel 2020-ci il tarixləri – Azərbaycan professional musiqi sənətinin və bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəyli irsinə dair “Üzeyir musiqi həftəsi” kimi qeyd olunacaq.
2. 13-19 aprel 2020-ci il tarixləri – Unudulmaz bəstəkarımız Qara Qarayevin əziz xatirəsinə həsr olunmuş  “Qara Qarayev musiqi həftəsi”
3. 20-26 aprel 2020-ci il tarixləri – Görkəmli bəstəkarımız Əşrəf Abbasovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq “Əşrəf Abbasov musiqi həftəsi”
4. 27 aprel- 3 may 2020-ci il tarixləri – Ustad tarzən Hacı Məmmədovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq “Hacı Məmmədov həftəsi”

Qeyd edək ki, "Mədəniyyət" kanalı və Mədəniyyət nazirliyinin daha öncə Dövlət Himni tele layihəsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Sevda Bayramova