"Muğam ustadları" adlı layihəyə START VERİLDİ
    • 13-04-2020, 16:37
    • 1 112

"Muğam ustadları" adlı layihəyə START VERİLDİ

Mədəniyyət Kanalı və Mədəniyyət Nazirliyinin birgə “Bizi birləşdirən mədəniyyət”  layihəsi çərşivəsində ideya müəllifi Ramil Qasımova məxsus yeni “Muğam ustadları” adlı layihəyə start verildi.

News24.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzi ilə birgə nəzərdə tutulmuş “Muğam ustadları” layihəsi həmin musiqi ocağının foyesində yerləşən, gələn qonaqlari ilk salamlayan büst sahiblərinin - əbədiyaşarların xatirəsinə həsr olunur. Tarixdə öz ifası, dəsti-xətti ilə milli musiqimizə töhfələr vermiş ustad sənətkarlarımızı hər dəfə bir ustad sənətkar yad ediləcək. Belə ki, layihənin məqsədi  indiki gənc nəslin ifasında evdə qalaraq  ustad sənətkarlarımızı yad etmək, milli-mənəvi dəyərlərimizi, Azərbaycan  musiqisinin inkişafında xidmətləri olan sənətkarları bir daha xalqa xatırlatmaqdır.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi News24.az saytıdır.

Sevda Bayramova