AZTV “evdə qal”anlara eyvandan konsert verir - VİDEO
    • 20-04-2020, 15:37
    • 1 094

AZTV “evdə qal”anlara eyvandan konsert verir - VİDEO

COVİD 19 pandemiyası ilə əlaqədar Azərbaycan Dövlət Televiziyası bir çox maraqlı layihələrlə tamaşaçılarının qarşısına çıxır.

News24.az xəbər verir ki, yayılan virusla əlaqədar olaraq AZTV karantin günlərində evdə qalan tamaşaçılarını nəzərə alaraq Eyvana çıx layihəsi ilə gündəmə gəlib.

Belə ki, hər həftənin 1,3 və 5-ci günləri incəsənət nümayəndələri eyvandan canlı konsert proqramı ilə çıxış edir.

Bununla da həm ətraf ərazidəki sakinlər həm də ekran başındakı tamaşaçılar gözəl vaxt keçirir.