Emin Ağalarov rusiyalı ulduzları növbəti dəfə bir araya yığdı - VİDEO
    • 9-05-2020, 13:09
    • 1 172

Emin Ağalarov rusiyalı ulduzları növbəti dəfə bir araya yığdı - VİDEO

Xalq artisti Emin Ağalarov və bir çox sənətçi bir araya gələrək İkinci Dünya müharibəsinin qəhrəmanlarına mahnı həsr ediblər.

News24.az xəbər verir ki, özünütəcrid şəraitində lentə alınan  “Jara TV”nin layihəsi olan işdə Xalq artisti Emin Ağalarovla birgə Qriqori Leps, Dima Bilan, Nikolay Baskov, Larisa Dolina, Stas Mixaylov, Brandon Stone, Zara, Denis Klyaver, Olqa Buzova, Artik&Asti, Sergey Jukov (Hands Up!), Julianna Karaulova, TSOY, JONY, Nazima, həmçinin aktyorlar Vladimir Maşkov, Sergey Burunov, Aleksandr Baluyev, Stas Dujnikov, Kamille Larin, Azamat Musaqaliyev, Sergey Nikonenko yer alıblar.

E.Ağalarov qeyd edib ki, mahnı qələbənin 75 illiyinə həsr edilib: "Təəssüf ki, bu il Ölümsüz Alay küçələri gəzə bilməyəcək, amma bu, ürəyimizdə və yaddaşımızdadır. Bu gün veteranları təbrik edin və vəfat etmiş qəhrəmanları bir dəqiqəlik sükutla yad edin. Bu mahnını ön cəbhələrdə və arxada döyüşən hər kəsə həsr edirik! Qələbə günü mübarək!"