Putin Çingiz Abdullayevi "Dostluq" ordeni ilə TƏLTİF ETDİ

Putin Çingiz Abdullayevi "Dostluq" ordeni ilə TƏLTİF ETDİ
MƏDƏNİYYƏT

21 may 2020, 16:01

Mətn ölçüsü

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.

News24.az APA-ya istinadən xəbər verir ki, AYB-dən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Ç. Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri və əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə təltif edilir.