Əbülfəs Qarayevi əvəz edən şəxs MÜƏYYƏNLƏŞDİ

Əbülfəs Qarayevi əvəz edən şəxs MÜƏYYƏNLƏŞDİ
MƏDƏNİYYƏT

22 may 2020, 12:27

Mətn ölçüsü

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.

News24.az "Report"a istinadən xəbər verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir. O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.