Nərgiz Cəlilova AzTV-də YENİ VƏZİFƏDƏ - EKSKLÜZİV
    • 2-06-2020, 12:22
    • 3 403

Nərgiz Cəlilova AzTV-də YENİ VƏZİFƏDƏ - EKSKLÜZİV

Azərbaycanın əməkdar artisti, tanınmış aparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yeni vəzifənin icrasına başlayıb. 

News24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nərgiz xanım AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışacaq.

O da bildirilib ki, artıq Nərgiz Cəlilova qeyd olunan vəzifədə işinin başındadır. Yaxın günlərdə Nərgiz xanımın bu vəzifəyə təyinatı gözlənilir. 

Qeyd edək ki, son ilə qədər AzTv-də Aparıcı qrupun bədii rəhbəri Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynov olub. Mərhum Rafiq Hüseynovdan sonra bu vəzifə məhz Nərgizə Cəlilovaya həvalə olunacaq.