“44” filminin premyera tarixi açıqlandı

“44” filminin premyera tarixi açıqlandı Mədəniyyət

Çoxdan gözlənilən “44” bədii filminin premyera tarixi açıqlanıb.

News24.az xəbər verir ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Bu Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, premyeradan sonra “44” filminin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

“Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq” deyə, paylaşımda qeyd olunub.