Prezidentdən teatrla bağlı VACİB SƏRƏNCAM

Prezidentdən teatrla bağlı VACİB SƏRƏNCAM
MƏDƏNİYYƏT

24 iyun 2020, 16:45

Mətn ölçüsü

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.