"Futbolçu olmaq arzusunda idim" - Fəxrəddin Manafov - VİDEO

"Futbolçu olmaq arzusunda idim" - Fəxrəddin Manafov - VİDEO
MƏDƏNİYYƏT / Video

02 avqust 2020, 00:05

Mətn ölçüsü

“Kino… Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim". 

News24.az xəbər verir ki, bu sözlərin müəllifi bu gün Milli Kino Günüylə bərabər, həm də ad gününü qeyd edən Azərbaycanın xalq artisti, yaratdığı bir çox obrazlarla yaddaşlarda unudulmaz izlər buraxan sevimli aktyor Fəxrəddin Manafovdur. 

Bu fikirlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasınn 2 avqust - Milli Kino Gününə özəl olaraq hazırladığı videoda yer alıb. 

"Futbolda uğurlarım da var idi, amma bir gün, bir anda fəlsəfəm dəyişdi, kino gəldi… KİNO!”, deyə Manafov fikirlərinə davam edib. 

Bu gün Fəxrəddin Manafovun 65 yaşı tamam olur. 

Dəyərli aktyormuzu News24.az ailəsi olaraq təbrik edirik.

YouTube