Mədəniyyət Nazirliyində yeni TƏYİNAT - FOTO

Mədəniyyət Nazirliyində yeni TƏYİNAT - FOTO
MƏDƏNİYYƏT

14 avqust 2020, 14:33

Mətn ölçüsü

Mədəniyyət Nazirliyi rejissor Rüfət Həsənovun qurumun Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayıb.

News24.az Qaynarinfo xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb. 

Qeyd edək ki, 2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.