Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndəsi ilə GÖRÜŞDÜ

Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndəsi ilə GÖRÜŞDÜ
MƏDƏNİYYƏT

27 avqust 2020, 12:14

Mətn ölçüsü

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

News24.az xəbər verir ki, görüş zamanı abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə 18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı imzalanmış “Niyyət Məktubu”na da toxunulub.

Qeyd olunub ki, həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir. Anar Kərimov bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. TİKA-nın Bakı Ofisinin kordinatoru Teoman Tiryaki da öz növbəsində ikitərəfli əlaqələrin önəmini qeyd edərək qəbula görə təşəkkürünü bildirib.

Sevda Bayramova