48 yaşlı müğənni - İTKİN DÜŞDÜ
Mədəniyyət
Keti Perrinin 48 yaşlı müğənnisi, modeli və bəstəkarı Camila Leiert-Segura ABŞ-də itkin düşüb.
News24.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. İsveçdən Kaliforniyaya köçən qadını sonuncu dəfə iyunun 29-da Beverli-Hillz bölgəsində görüblər.
Onun yaxınları bundan sonra ondan xəbər olmadığını bildiriblər. Modelin dostları onun qaçırıla biləcəyindən ehtimal edirlər.
Xatırladaq ki, Leiert-Segura Katty Perrinin hitlərindən olan "Walking On Air"in müəlliflərindən biridir.
Günəş Mərd