Tovuzda tarixi abidənin ərazisində restoranın tikilməsinin qarşısı alındı - FOTO

Tovuzda tarixi abidənin ərazisində restoranın tikilməsinin qarşısı alındı - FOTO
MƏDƏNİYYƏT

01 sentyabr 2020, 13:05

Mətn ölçüsü

Tovuz rayonu Vahidli kəndində yerləşən "Qala düzü" abidəsinə müdaxilənin qarşısı alınıb.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

"Qala düzü" abidəsinin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Dövlət Xidmətinə məlumat daxil olub. Əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub.