"Qarabağın səsi" TƏQDİM OLUNDU - VİDEO

"Qarabağın səsi" TƏQDİM OLUNDU - VİDEO
MƏDƏNİYYƏT

11 sentyabr 2020, 16:19

Mətn ölçüsü

İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhda hazırlanan layihələr sırasına daha biri əlavə olunub. 

News24.az xəbər verir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn layihə eksklüziv olaraq "MTV Azərbaycan" kanalına  təqdim olunub.

"Qarabağın səsi" layihəsinin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir.  Layihənin koordinatori Mehrab Dadaşovdur. Ekran işini digərlərindən fərqləndirən cəhət, onun Çahargah muğamının Mayeyi Çahargah, Bəstənigar, Müxalif, Mənsuriyyə, Üzzal şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. Mahnının sözləri Cəlal Qurbanova, aranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Klipdə xalq artisti Nurəddin Mehdixanlı  ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar.

İştirakçıların stili üzərində Gülya Vəkilova və Elnur Həsənov çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

YouTube

YouTube 2-ci hissə