"Bizi birləşdirən mədəniyyət" - VİDEO

"Bizi birləşdirən mədəniyyət" - VİDEO
MƏDƏNİYYƏT

18 sentyabr 2020, 13:30

Mətn ölçüsü

"Mədəniyyət" kanalında yeni veriliş yayımlanacaq.

News24.az xəbər verir ki, “Bizi birləşdirən mədəniyyət” verilişi sentyabr ayının 18-də saat 21.30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə ekranlara gələcək.

Verilişin  ilk qonaqları Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının Rektoru SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli və Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi, musiqişünas Zemfira Qafaovadır.

İlk veriliş Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına, eyni zamanda milli musiqi gününə həsr olunub.

Verilişin aparıcısı "Mədəniyyət" kanalının direktoru, Respublikanın Əməkdar artisti Ramil Qasımovdur.

YouTube