İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat
MƏDƏNİYYƏT

22 fevral 2021, 15:41

Mətn ölçüsü

Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edib.

News24.az xəbər verir ki, sənədə əsasən, Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. 

Qeyd edək ki, indiyə qədər sözügedən qurumda rəis müavini olan A. Cəfərli rəisin vəzifə səlahiyyətlərini icra edib. 1978-ci il təvəllüdlü yeni rəis 2004-2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.

İngilis, fransız, rus və türk dillərini bilir.