Eldar Quliyev: "Yaxşı olmağa çalışacağam"

Eldar Quliyev:
MƏDƏNİYYƏT

11 mart 2021, 16:36

Mətn ölçüsü

"Özümü çox da əla hiss etmirəm, amma yaxşı olacağamı güman edirəm".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Eldar Quliyev deyib.

O, hazırda xəstəxanada olduğunu deyib: "Müalicələrim davam edir. Həkimlər deyirlər ki, "Eldar müəllim, narahat olmayın siz yaxşı olacaqsınız". Görək necə olacaq. Bilirəm ki, hər kəs mənə görə nigarandır. Ona görə də yaxşı olmağa çalışacağam".

Sevda Bayramova