"Qalx Ağdama gedək" deyəndə gözləri doldu..." - Mənsum İbrahimov Rəmişin son günlərindən DANIŞDI

"Qalx Ağdama gedək" deyəndə gözləri doldu..." - Mənsum İbrahimov Rəmişin son günlərindən DANIŞDI
MƏDƏNİYYƏT

06 aprel 2021, 11:48

Mətn ölçüsü

"Rəmiş sözün əsl mənasında əfsanə idi. O gitaranı milli alət halına gətirdi. Azərbaycanda gitara məktəbi yaratdı. O tarda da gözəl ifa edirdi".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov ötən gün vəfat edən gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) haqda danışarkən deyib.

M.İbrahimov deyib ki, Rəmiş ipə-sapa yatmayan, azad fikirli biri olub: "O bir dərya idi. Xalqın qəlbində hər zaman yaşayacaq. Heç vaxt unudula bilməz. Rəmiş Qarabağın, Ağdamın simvolu idi. Çox təəssüf edirəm ki, Ağdamı görə bilmədi. Təxminən bir ay öncə həmkarım Təyyar Bayramovla icazə alıb, onu ziyarətə getdik. Danışa bilmirdi, amma huşu özündə idi. Mən ona deyəndə ki, Ağdama getmək istəyirsənsə, aparım səni. Qalx ayağa gedək deyəndə gözləri doldu. Amma hər halda eşitdi ki, Ağdam alınıb. Doğulduğu torpağa getməyi çox istəyirdi. Ruhu şad olsun. Xalqın Rəmişə çox böyük sevgisi var idi. Ağdamda keçirilən yubileyimə gəlmişdi. Üç mindən çox adamın olduğu stadiona girəndə hamı ayağa qalxdı. Qeyri-xasiyyəti, sənəti onun özəlliyi idi".

Sevda Bayramova