Müslüm Maqomayevin heykəlinin hazırlanmasına başlanıldı

Müslüm Maqomayevin heykəlinin hazırlanmasına başlanıldı
MƏDƏNİYYƏT

27 aprel 2021, 11:22

Mətn ölçüsü

Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb.

News24.az APA-ya heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov məlumat verib.

O, heykəlin bürüncdən tökülmə mərhələsində olduğunu deyib: “Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşcaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır”.
Xalq rəssamı heykəlin Dənizkənarı Milli Parkda ucaldılacağını vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.