USD 1.7
EUR 1.8842
TRY 0.2624
RUB 0.0214
  • Bakı 11°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 11°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 10°C
  • QUBA 9°C
  • NAXÇIVAN 8°C

Milyonların baxdığı serialların prodüseri Azərbaycana gəlir

MƏDƏNİYYƏT / SİYASƏT

Mətn ölçüsü

"Gün gəldi, İstanbul susdu, hətta bütün ölkə susdu, məni dinlədi… amma təkcə nəfsim susmadı, susdura bilmədim”… 

Əvvəllər çox məşhur teatr aktyoru olmuş, hazırda məddah (storyteller) kimi işləyib həyatda qalmağa çalışan yaşlı bir adamın hekayəsi… Tək istəyi ölməzdən qabaq qızının onu bağışlamasına nail olmaqdır… 
YARAT yaradıcılıq məkanı noyabrın 13-də kinosevərləri "Məddah” filminə baxmağa dəvət edir. 

"Məddah” türk seriallarında uzun müddət icraçı prodüser və koordinator kimi çalışmış, bir neçə filmdə ssenarist və rejissor kimi işləmiş Batur Emin Akyelin ilk müstəqil filmidir. O, bu filmin həm ssenari müəllifi, həm prodüseri, həm də rejissorudur. 

Film sənətsevərlərin xüsusi rəğbətini qazanıb və maraqla qarşılanıb. Filmin yaradıcısı Batur Emin Akyel bu yaxınlarda Azərbaycanın ilk turizm və iş dünyası kanalı olan Qafqaz TV-nin xüsusi dəvətilə ölkəmizə səfər edəcək. 

//BakuPost

Xəbəri paylaş:


Oxşar xəbərlər