Ramiz Əzizbəyli son mənzilə alqışlarla YOLA SALINDI - VİDEO

Ramiz Əzizbəyli son mənzilə alqışlarla YOLA SALINDI - VİDEO
MƏDƏNİYYƏT / Foto

10 iyun 2021, 12:35

Mətn ölçüsü

Xalq artisti Ramiz Əzizbəylinin nəşi “Semaşko” xəstəxanasından Yeni Yasamalda yerləşən evinə gətirilib. Hazırda aktyorun evində vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, Ramiz Əzizbəylinin vida mərasinə ailə üzvləri və sənət dostları iştirak edir.  

"Ramiz çox yaxşı insan idi. Vətənini, xalqını sevirdi. Hər zaman "Vətənim sağ olsun" deyirdi". 

Bu sözləri News24.az-a açıqlamasında mərhumun həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib. 

"Onu itirmək çox ağırdır" deyə, Z.Əzizbəyli kövrəlib. 

Qeyd edək ki, Xalq artisti iyunun 9-da, müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.

Sevda Bayramova 
Foto: Hüseyn Həsənov 


YouTube

YouTube 2-ci hissə