Mədəniyyət nazirindən Samir Şərifova CAVAB: "Biz nailiyyətlərimizlə..."

Mədəniyyət nazirindən Samir Şərifova CAVAB:
MƏDƏNİYYƏT

11 iyun 2021, 18:57

Mətn ölçüsü

"Bizə elə gəlir ki, bu köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına cavab olaraq deyib.

O bildirib ki, qısa zamanda kifayət qədər işlər görülüb:

“Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir və bu uzunmüddətli prosesdir. Hazırda AzərbaycanFilm Kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa təmir bərpa işləri də gözlənilir. Kinokonsepsiya yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”.