Azərbaycan Böyük Britaniyada keçirilən turizm sərgisində iştirak edir - FOTO
    • 5-11-2018, 18:54
    • 825

Azərbaycan Böyük Britaniyada keçirilən turizm sərgisində iştirak edir - FOTO

Azərbaycanın Dövlət Turizm Agentliyi "London Excel" sərgi mərkəzində (Böyük Britaniya) keçirilən Dünya Səyahət Bazarı (WTM) sərgisində iştirak edir.

Agentliyin mətbuat katibi Kənan Quluzadə bildirib ki, Azərbaycan 2012-ci ildən başlayaraq hər il bu sərgidə təmsil olunur: 
"Builki stendimiz kompozisyası və dizaynı ilə yeni turizm brendimizə uyğunlaşdırılmış formada təqdim edilib. Milli şirniyyatlar, meyvələrdən də daxil olmaqla Azərbaycana aid müxtəlif məhsullar sərgilənir", - deyə o qeyd edib. 
K.Quluzadənin sözlərinə görə, bildirib ki, sərgiyə maraq böyükdür: "Azərbaycan da bura müxtəlif və böyük yeniliklərlə gəlib. Sabah Azərbaycanın milli turizm brendinin  ("Take Anotler Look"), ölkəmizin yeni promo videosunun ilk beynəlxalq təqdimatı olacaq. Burada dünyanın aparıcı turizm şirkətlərinin nümayəndələri, media və diplomatik korpusun nümayəndələri iştiak edəcəklər. Belə bir tədbirdə hər bir ölkə özünün ən mühüm yeniliklərini nümayiş etdirir. Bu loqonun ışığına yığışan xeyli sayda adam olacaq". 

//Report