Əməkdar artist mükafatlandırıldı

Əməkdar artist mükafatlandırıldı
MƏDƏNİYYƏT / SİYASƏT

07 noyabr 2018, 16:00

Mətn ölçüsü

Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırovanın 60 yaşı tamam olub. 

Bu münasibətlə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Aybəniz Bağırovanı təbrik edib və onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, eləcə də anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.
Kollektiv tərəfindən də çox sevilən Aybəniz Bağırovaya Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin bu diqqəti hər kəsə sevinc bəxş edib.

Aybəniz Bağırova 4 oktyabr 1958-ci ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya Aktyoru” fakültəsini bitirib.

1986-1997-ci illər ərzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərən Aybəniz Bağırova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-soprano olan Aybəniz Bağırova teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun”, "Şən dul qadın”, "Maritsa”, "Talelər qovuşanda”, "Silva”, "Çılğın Qasqoniyalı”, "Bir günlük siğə”, "Aldın payını, çağır dayını”, "Nəğməli könül”, "Dəli dünya”, "Bir saat xəlifəlik”, "Qadınsız yaşamaq olmaz”, "Şeytanın yubileyi” kimi tamaşalarda uğurla iştirak etmişdir.

O, mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi” döş nişanına, 2016-cı ildə isə "Əməkdar artist” fəxri adına layiq görülmüşdür.

//Anews.az