Bakı Dövlət Sirkinin regionlarda çıxışlarına start verildi - Fotolar

Bakı Dövlət Sirkinin regionlarda çıxışlarına start verildi - Fotolar
MƏDƏNİYYƏT

20 iyul 2021, 12:48

Mətn ölçüsü

Bakı Dövlət Sirki Xaçmaz rayonu İstisu qəsəbəsində çıxış etmək üçün yola düşüb.

News24.az xəbər verir ki, Xəzər Dəniz Gəmçiliyinin dəvəti ilə mədəniyyət ocağı Nabranda yerləşən  Dənizçi İstirahət Mərkəzinin  qonaqları üçün sirk proqramı ilə çıxış edib.

Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.

Eyni zamanda “Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar  ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa  proqramda illüzonistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin proqramda “Filaminqo”, “Qaraçı qız”  və milli rəqslərə  də yer verilib.

Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.