Azərbaycanlı məşhur "Diriliş Ertuğrul"da
    • 10-11-2018, 16:51
    • 1 275

Azərbaycanlı məşhur "Diriliş Ertuğrul"da

Türkiyənin ən reytinqli tarixi serialı olan “Diriliş Ertuğrul”un 5-ci mövsümünun ilk bölümündə keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı rol alıb.

Serialda ozan rolunu canlandıran Ş.Əlizamanlının “Turan ellər var olsun” mahnısını ifadə etdiyi səhnə reytinq rekordları qırıb. İzləyiciləri ekranlara bağlayan bu səhnə serialın bütün tamaşaçıların rəğbətini qazanaraq onların heyranlığına səbəb olub.

Həmin səhnəni təqdim edirik: