Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
    • 23-11-2018, 12:33
    • 1 225

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Bu gün Azərbaycan professional musiqisinin banisi, SSRİ xalq artisti, dahi bəstəkar, görkəmli ictimai xadim Üzeyir bəy Hacıbəylinin anım günüdür.

Bu münasibətlə bəstəkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Bəstəkarlar İttifaqının rəhbərliyi, musiqiçilər, vokal artistləri, aktyorlar iştirak ediblər.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, Üzeyir Hacıbəylinin dahiliyi hamıya bəllidir: "O, həmişə bizimlədir, müsiqisi hər zaman səslənir. Heç bir ölkədə siz belə əsər tapa bilməzsiniz. O, təkcə özü dahi bəstəkar deyildi, həm də dahi bəstəkarlar yetişdirib".
Xatırladaq ki, Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişib. Dahi bəstəkarın ölümündən 70 il ötür.

//Report