Fransada azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib

Fransada azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib
MƏDƏNİYYƏT / SİYASƏT

25 noyabr 2018, 23:05

Mətn ölçüsü

Fransanın Anqien-le-Bən (Enghien-les-Bains) şəhərində azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

Konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqi əsərləri daxil edilib.
Protestant Məbədində keçirilən konsertdə pianoçu ölməz bəstəkar Fərhad Bədəlbəylinin və dünya klassiklərindən Bethoven, Mendelssohn, Lisztin və digərlərinin əsərlərindən nümunələr səsləndirib.
Azərbaycanlı musiqiçinin ifası gürultu alqışlarla müşayiət olunub.
Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransada musiqişünaslıq ixtisasına yiyələnən S.Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

//Report