Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi yalandır

Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi yalandır
MƏDƏNİYYƏT / SİYASƏT

4-12-2018, 12:15

Mətn ölçüsü

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı xalq artisti Fəxrəddin Manafovun işdən çıxması haqqında məlumata münasibət bildirib.  

Teatrın mətbuat katibi İlham Məmmədov deyib ki, F.Manafov hazırda Rus Dram Teatrının ştatındadır və hər şey normaldır.
O qeyd edib ki, məlumatı kimin yaydığından xəbərdar deyillər: "Tamaşası, məşqləri və ya vacib bir iş olanda teatra gəlir. Belə hər gün teatrda olmur. Ola bilsin ailəsi ilə şəhər kənarındadır hazırda və ya özü dincəlir deyə telefonlara cavab vermir. Ümumiyyətlə, hərdən telefon zənglərinə cavab vermir. Bu da normaldır".

News24.Az