AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq
    • 4-12-2018, 15:34
    • 1 172

AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçiriləcək.

AMEA-dan bildiriblər ki, akademiyanın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Tahir Salahovun yaradıcılığında roman mədəniyyəti ölkələri”, “Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu”, “Tahir Salahov: rəssam və zaman” mövzularında məruzələr dinləniləcək.

//AZƏRTAC