"Oskar"ın yeni aparıcısı bu məşhur olacaq - FOTOLAR

"Oskar"ın yeni aparıcısı bu məşhur olacaq - FOTOLAR
MƏDƏNİYYƏT / ŞOU-BİZNES / SİYASƏT

06 dekabr 2018, 13:00

Mətn ölçüsü

"Oskar" mükafatının yeni aparıcısı bəlli olub.

News24.Az bildirir ki, bu haqda kinoakademiyanın rəsmi instagram hesabında məlumat verilib. Məlumata görə dünyanın ən prestijli film mükaftlandırmalarından sayılan "Oskar"ın 91-ci mərasiminin aparıcısı Amerikanın tanınmış gülüş ustası Kevin Hart olacaq. 

Xəbəri təstiqləyən Hart şəxsi instagram hesabında fikirlərini bölüşüb:

“İllərdir məndən nə vaxtsa “Oskar”ın aparıcısı olub olmayacağımı soruşurdular. Hər dəfə cavabında bunun mənim kimi komediya aktyoru üçün gözəl şans olacağını və vaxtı gələndə baş verəcəyini deyirdim. Xoşbəxtəm ki, “Oskar”ı aparacağım vaxt gəlib çatdı. Bu, mənim siyahımda olan çoxdankı arzum idi. Mükafatlandırmanın əfsanəvi aparıcılarının siyahısında yer almaq inanılmazdır. Bilirəm ki, anam hazırda sevinir. Ailəmə və dostlarıma bu zaman ərzində mənə dəstək olduqları üçün təşəkkür edirəm. Bu ilki “Oskar”ı mütləq xüsusi edəcəyəm. Bu şansı qiymətləndirirəm. İndi isə yüksəlmə vaxtıdır”.

91-ci "Oskar" film mükafatlandırması 2019-cu il fevralın 24-ü baş tutacaq.

News24.Az