Azərbaycan Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir
    • 11-12-2018, 13:05
    • 1 071

Azərbaycan Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir

Azərbaycan Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.

Bu qərar yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 7-ci (Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.
Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.
Qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

//Report