ADMİU SABAH qruplarının rəhbəri Böyükxanım Məmmədbəyova  Beynəlxalq Teatr Mükafatı qazanıb
    • 11-12-2018, 16:35
    • 1 372

ADMİU SABAH qruplarının rəhbəri Böyükxanım Məmmədbəyova Beynəlxalq Teatr Mükafatı qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova İstanbulda “Tiyatro” qəzeti tərəfindən təşkil edilən 5-ci Anadolu Teatr mükafatlarının təqdimetmə mərasiminə qatılıb.

Böyükxanım Məmmədbəyovaya Azərbaycanda teatr təhsili sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Teatr Mükafatı təqdim olunub. “Tiyatro” qəzeti bu il yaxşı mənada, ayrıseçkilik edərək, bütün kateqoriyalar üzrə mükafatları qadın sənətçilərə təqdim edib. Məqsəd isə qadınlarla bağlı bütün müsbət və mənfi hadisələrin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, qadın əməyinin dəyərləndirilməsidir.