"Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim"- Mirzə Cəlili itirdiyimiz gündür
    • 4-01-2019, 17:03
    • 4 853

"Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim"- Mirzə Cəlili itirdiyimiz gündür

Bu gün böyük drammaturq, dahi satirik Cəlil Məmmədquluzadənin vəfatından 87 il ötür.

Xalqın özünə yazıçı şeçdiyi bu şəxsiyyət  22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik edib.

Drammaturqun yaradıcılığında yer alan "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları povestini də bu dövrdə yazılıb. “Ölülər” kimi tarixi əsərin də müəllifi məhz Mirzə Cəlildir.

Onun müəllifi olduğu “Molla Nəsrəddin” satirik jurnalında dərc edilən hekayələr yüz illiklər keçməsinə baxmayaraq hələ də aktuallığını itirmir.

Cəlil Məmmədquluzadədən statlar:

“Birdən mənim dediklərimə gülüb, lənət şeytana deyərsiniz. Və elə zənn edərsiz ki, sizin gülüş obyektiniz məhz mənəm. O zaman güzgünün qarşısına keçin və öz camalınızı görün”.

"Azərbaycan qadını çarşabdan çıxıb başını açanda müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım. O gün bu gündür papağımı tapa bilmirəm..."

"Dirisiyle rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim".


Türkan MƏMMƏDLİ