95 yaşlı diktorun vəziyyəti ağırdır
Mədəniyyət
Komaya düşən Əməkdar artist Sevda Saleh Məmmədzadənin vəziyyəti ağırdır.
News24.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, diktorun müalicəsi Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir:
“Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentin vəziyyəti ağır stabil qiymətləndirilir”.
Qeyd edək ki, Sevda Məmmədzadə 1931-ci ildə anadan olub. (Editor.az)