Nisə Qasımova Heydər Əliyev Sarayında konsert verəcək
    • 24-01-2019, 14:00
    • 987

Nisə Qasımova Heydər Əliyev Sarayında konsert verəcək

Xalq artisti Nisə Qasımova yaxın vaxtlarda Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək.

Sarayın mətbuat xidmətindən News24.az-a bildirilib ki, konsertdə müğənni repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimi sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını ifa edəcək.

Müğənni, həmçinin konsertdə dünya xalqlarının mahnılarına da müraciət edəcək.

Möhtəşəm konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Teymur MƏMMƏDOV