ABŞ Kinoaktyorları Gildiyası mükafatının qalibləri bəlli olub
    • 28-01-2019, 10:29
    • 766

ABŞ Kinoaktyorları Gildiyası mükafatının qalibləri bəlli olub

ABŞ Kinoaktyorları Gildiyası mükafatının münsiflər heyəti "Uzun metrajlı filmdə ən yaxşı aktyorlar" nominasiyası üzrə qaliblərin adlarını açıqlayıb.

"Ən yaxşı aktyor" nominasiyasının qalibi Rami Malek olub. O, "Bohem rapsodiyası" filmindəki roluna görə mükafata layiq görülüb. Münsiflər heyəti "Ən yaxşı aktrisa" kimi "The Wife" ekran işindəki roluna görə Glenn Close seçilib.
Qeyd edək ki, seçimlər "Bohem rapsodiyası", “A Star Is Born” və "BlacKkKlansman" kinolarının ətrafında gedib. 

//Report