Yazıçı Varisin imza günü - "Uzaqdan gələn yağış" - FOTO - VİDEO
    • 28-01-2019, 14:05
    • 2 593

Yazıçı Varisin imza günü - "Uzaqdan gələn yağış" - FOTO - VİDEO

Yanvarın 26-sı "Gənclik Mall"da yerləşən LIBRAFF kitab mağazasında yazıçı Varisin "Uzaqdan gələn yağış" kitabının imza günü keçirilib.

İmza gününə yazıçının yaradıcılığına dəyər verən oxucular toplaşaraq, təkcə sözügedən əsəri deyil, başqa əsərlərindən ibarət kitabları da imzaladıblar. Varis yaradıcılığının fanatı olanlar eləcə də onunla söhbət etmək və yadigar şəkillər çəkdirməyə müvəffəq olublar. 

Varis Azərbaycanın hüdudlarından kənarda - ABŞ, Türkiyə, Rusiya, Fransa, Özbəkistan və bir çox ölkələrdə tanınan müasir yazıçılarımızdandır. Onun əsərləri bir çox xarici dillərə tərcümə edilərək, başqa ölkələrin də oxucuları tərəfindən böyük maraqla qarşılanıb. 
Varis bir yazıçı, eləcə də jurnalist olaraq müxtəlif illərdə müxtəlif ölkələrdə nüfuzlu mükafatlara layiq görülüb. 

Azər NƏSİBOV