Abbas bu dəfə kimi - HƏDƏFƏ ALDI?

Abbas bu dəfə kimi - HƏDƏFƏ ALDI? Mədəniyyət

“Görə bilməyəcəyiniz işi zay etməyin ki, sizdən sonra gələn nəsil düzgün formalaşsın”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Abbas Bağırov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Sənətçi ad çəkmədən şou-biznesdəki bəzi həmkarlarının “bostanını” daşlayıb:

“Görə bilməyəcəyiniz işi zay etməyin ki, sizdən sonra gələn nəsil düzgün formalaşsın. Sizə baxıb sizdən ibrət alsın. Faydalı nəticə boş-boşuna uğurlu olmur.

Məşğul olduğun işdə məsuliyyət, əziyyət, diqqət, hörmət və sevgi yoxdursa, heç bir iş faydalı olmayacaq”.

Sənətçinin yazdığı rəydən çox görünüşü diqqət çəkib. Tez-tez gah arıqlayan, gah da kilo alan Abbasın yeni görünüşü izləyicilərin müzakirəsinə səbəb olub:

“Gah kökəlir, gah arıqlayır. Gah eybəcərləşir, gah da gözəlləşir. Tanıdığımdan bəri bu, dördüncü evrimdir”.