Afaq Bəşirqızı 14-cü dəfə əməliyyat olundu
Mədəniyyət
Xalq artisti Afaq Bəşirqızı 14-cü dəfə əməliyyat olunub.
News24.az xəbər verir ki, bu barədə Xalq artisti Moderator.az-a danışıb.
“Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm”, - aktrisa bildirib.
Qeyd edək ki, A.Bəşirqızı uzun müddətdir ayaqlarında yaranan problemlərə görə yeriməkdə əziyyət çəkir.