Aftandil İsrafilovun səhhəti ilə bağlı - SON DURUM

Aftandil İsrafilovun səhhəti ilə bağlı - SON DURUM Mədəniyyət
Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov hazırda xəstəxanada müalicə alır.

News24.az xəbər verir ki, qarmon ifaçısının qızı Həcər açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, A.İsrafilov artıq kritik vəziyyəti atladıb:

"Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Həkimlər sağ olsunlar, kritik vəziyyətdən çıxartdılar. Atam indi danışa da bilir. Amma yenə də həkim nəzarətində olmalıdır. Müalicəsi uzun çəkəcək".

O əlavə edib ki, A.İsrafilov əməliyyat olunmalıdır:

"Əməliyyat üçün hələ durumu uyğun deyil. Ağciyəri dözməyə bilər. Ona görə də həkimlər tam qərar verə bilməyiblər. Bir çox orqanında problem var"./ axşam.az